
Əvvəlcə yaxşı yaşamaq üçün iş axtarırdıq... İş tapılandan sonra, xoşbəxtlik üçün işin lazımlı olduğunu anladıq. daha çox işləməyə başladıq ki, daha çox xoşbəxt olaq. sonra özümüzü də unutduq xoşbəxtliyi də. daha çox işlədik... sonra başa düşdük ki, işləyərək xoşbəxtliyi yaşamaq istədiyimiz adamlara vaxt ayırmadığımızdan onları itirmişik. onlar artıq bizim yanımızdan gediblər. özümüzü unutmaq üçün ən yaxşı yolun işləmək olduğunu düşünərək daha çox işlədik... sonda hiss etdik ki, işləmədən qala bilmirik. lap sonra isə bizim işimizlə xoşbəxt olduğumuz ortaya çıxdı. biz artıq bir iş makinasına çevrilmişdik. və bu bizi xoşbəxt edirdi...
Xoşbəxtlik və işgüzarlıq.
Saturday, May 14, 2011
Posted by PRoMete at 11:31 AM
Subscribe to:
Post Comments (Atom)

5 comments:
Yaxshi hekayedir.
Çox aktual mövzudu. Mən də bir neçə gündü məhz bundan düşünürəm.
Ama artıq iş mənə xoşbəxtlik gətirmir. Əksinə, (istədiyin kimi) yaşamaq üçün (durmadan) işləmək və, elə sənin dediyin kimi, son nəticədə işləmək üçün yaşamaq məcburiyyəti məni çox qıcıqlandırır.
Gəl sevdiklərimizlə olmağı da bir iş sayaq.və ən sevdiyimiz ən çox qazandığımız iş də elə onlar olsun.ən çox da elə onlara vaxt ayıraq=)hmm?
bu pul gətirmir axı
hemiweki kimi maraqlidi Mete tewekkur
Post a Comment