
...axşam X Y-dan istədiyini ala bilmədi. ona görə səhər yuxudan acıqlı oyandı. səhər Y X-ə yaxınlaşdı, amma X Y-i çox pis cavabla geri qaytardı. beləliklə, Y X-dən istədiyini ala bilmədi...
günorta X bütün olanları bir kənara qoyub, Y-ə olan sevgisinin əsas olduğu düşüncəsiylə ona istədiyini vermək fikrinə düşdü. amma bu dəfə X-in səhərki hərəkətinin təsirində olan Y onun verdiyini almadı.
beləliklə axşam düşdü və Y özünə qapanmaqda davam etdiyindən bu dəfə də X-in istədiyini ona vermədi. axşam X Y-dən istədiyini ala bilmədi. ona görə səhər yuxudan acıqlı oyandı...
qəribəsi budur ki, bu tənliyi hansı hissədən yazmağa başlasaydım eyni dövri proses alınacaqdı. və daha da qəribəsi budur ki, X+Y=SEVGİ-dir. daha daha qəribəsi budur ki X və Y-dən hansının yerinə qız hansının yerinə oğlan qoysaq heç nə dəyişməyəcək. Necə deyərlər, TOPLANANLARIN YERİN DƏYİŞDİKDƏ, CƏM DƏYİŞMİR!

6 comments:
üzümdə gülüş mimikasını titrədən yazı..
super=]
Axiri yaxshi qurtardi...
Gorsenir Y senden sebr dersi almayib...
Oyred onu nece istediyini elde etmek lazimdir...nece sakit, telesmeden, melek kimi X-e yavash-yavash yaxinlashib oz meqsedine chatmaq olar...
Y oyredennen sonra X-i da oyred,ozune qapanmasin Y-den sonra...
Ay sənii..Gərəy bu x və y Bir birini anlasın və ortaq məxrəcə gəlsində))
Gəşəng alınıb..çox saq ol ki,yadıma saldın ki, riyaziyat tapşırığım hələ də məni gözdüyür=))
cox maraqlidir hemiweki kimi. twk
cox maraqlidi hemiweki kimi. twk
Post a Comment