Hər bir insan yaşadığı illər boyu özü üçün müəyyən fəlsəfə formalaşdırır. Məndə də yaşadığım illər boyu formalaşan həyat fəlsəfəsi var. Və mənimçün həyat YOL-dur. Belə ki, yaşadığım həyatım mənim yolumdur. Hədəfi - yəni, sonu olan bir yol. Bu yolda mənə qoşulanlar, məndən ayrılanlar, iz qoyanlar, yarı yolda dayananlar və s. şəxslər var. Və mənim fəlsəfəmə görə yaşadığım həyatda itki yoxdur. Belə ki, yoluma (həyatıma) girib yolumdan çıxanlar öz seçimlərini edirlər. Dolayı yolla desək məni itirir və ya qazanırlar. Baxışlarıma görə çoxdan heç kimə hesabat verməməyə öyrəşdiyimə görə həyat yolumu düz xəttli adlandıra bilərəm. Həyat fəlsəfəmin mətnlərimə də toxunduğu anlar az olmayıb. Onlardan bir neçə nümunə aşağıdadır: "Əlvida" trekindəki sözlərim... Yol, uzun bir yol. Ömrüm davamlı addımlardı "O dönəcək" trekindəki sözlərim: Tərk etdiyin o yerdə tək Bunu bilirsən. "Sərhədlər var" trekindəki sözlərim: Boş daxmaların qıfıllarınnan Araba düzəldib yola çıxdım Xoş anamın sığallarınnan Ayrılıb yollarda yoxa çıxdım Arzular çox böyük amma Dünyada sərhədlər var Doydurublar bizi şirin yalanla Acı acı gerçəklar var Arzular çox böyük amma Dünyada sərhədlər var Doydurublar bizi şirin yalanla Acı acı gerçəklar var Mən özümü itirdim bu yollarda Məni tapın anama verin mənimi Deyin özü də gələcəy Sərhədləri silərəy Əsən hər küləy Gətirəcəy lələy
Mənimə hakim kəsilmiş aritmiya
Ritmi pozan yoluma girənlərdi,
Yolumdan çıxanlardı.
Dünəni unutmaq adət halına çevrilib
Xronika amneziya
Hər addım yeni yol yoldaşıyla müşayiət.
Dünən dost olan bugün artıq mənimlə addımlamır,
Dünənim bugünümə etmir sirayət,
Deməli azadam, qaranquş tək,
Rahatam, yoxdu dostum.
Öz yolumda tərk olunmuş tək
Dünən bir sevgilim var idi,
Bir az yoruldu,
Oturduuu,oturduuum.
Ritm pozuldu.
Aldım qucağıma,
Razı olmadı.
Dedi burax get!
Tərk etdim!
O rahat, mən azad.
Bir neçə ümid də basdırıldı həmin gün.
Amma çox tez unuduldu.
Qulağın məndə olsun!
Bu dəqiqə sənsən dostum.
Zamanı dondur bacarsan,
Qoy hər şey donsun,
Ümidlər doğrulsun!
Günəş sönsün!
Qaranlıq! Boş masa
Üstündə bir şam.
Əldə məktub!
3-cə kəlmə yazılı:
GÖZLƏMƏ! BAĞIŞLA! ƏLVİDA!
Hər gün eyni ümidlə gözləyərək.
O dönəcək
Səni məndən ayırsaydı ölüm bəlkə belə çətin olmazdı.
Hər gün səni fikirləşməzdim, daha rahat olardı içim.
Ağlayardım hər gün biraz, gözüm arxanca qalmazdı.
Şəkillərinə baxardım, qədər ilə razılaşmazdım.
Bir gün ya mətbəx bıçağı, ya da ülgüc dost olardı damarlara.
Bu tərəflərdə səndən ayrı qalmazdım. Amma nə yazəı ki, yazı başqa
Sağsan və məndən ayrı.ona gğre başqa fikirlər fırlanır başda.
Səni öldürmək hissi keçir içimdən. Buna görə, günəshim, məni bağışla.
Sənə yönləndirdiyim cavabsız çağırışlardır yəqin işlərivin tərs getməsinin tək səbəbi.
Qarşısın ala bilmirəm artıq artan əsəbin. Mən nə deyim ki, xoşuva gəlim?
Deyim ki, "Səni artıq sevmirəm", özümə yalan danışa bilmirəm, bunu məndən yaxşı bilirsən.
Yoxsa deyim "Səni dəlilər kimi sevirəm"? Yox! Səni səndən çox sevəcək qədər ağıllıyam
Ya da mobil telefon, hələ de adıvın sonunda "m" hərfi durur.
Sadəcə mesaj yazacaq qədər mənlik balansımda yoxdu qürur.
Tüpürmüşəm zamanla əlaqəli bütün aforizmlərə, "Zaman unutdurur" kimi boş sözlərə.
Ya da ki, "Sevgilinə görə, sevgiyə görə çalışmaq lazımdı" kimi xoş sözlərə.
Şablonlardan uzaqlaşmışdım sənin nə olduğunu dərk edəndə.
Ya da ki, hamıdan fərqli,"Sən get, mən otururam" deyib məni tərk edəndə.
Sənin deyərək-gülərək keçirdiyin günlərdə mən hələ də "Necəsən?" soruşanlara cavabda deyirəm "Belə dəə".
Fəlsəfə - Hər şey seçimdən başlandı !..
Saturday, April 10, 2010
Posted by PRoMete at 11:30 AM
Subscribe to:
Post Comments (Atom)

7 comments:
tolko v4era slu6ala "Əlvida"... )) xoro6ie slova, no uje ne aktualnie:)
AMMA MEN HELE HEYAT FELSEFESI FORMALASDIRMAMISAM.AMMA SENIN HEYAT FELSEFENI BEYENDIM.MEN DE SENIN HEYAT FELSEFENNEN GEDIREM BUNNAN SONRA.
BUNU DEMEYE EHTIYAC YOXDU AMMA YENE DE DIYIREM SIZ SUPERSIZ.
один из лучших трэков "Əlvida"...
Последний вдох.
Вся жизнь перед глазами.
Переполох.
Глаза наполнены слезами.
Свет вдалеке.
Но видеть ты не хочешь.
Хаос в башке.
Лишь "Ненавижу!" пробормочешь...
#13.AnubiS (bamby_94)
Mənim fəlsəfəm: Özümə sərkərdə!
Mənim fəsəfəm: Özümə sərkərdə!
fikrimce heyat felsefesini secmeyi bacaran insanlar dogru yolda addimlayan ve ne isdediklerini normal ve wuurlu wekilde bilenlerdir. her bir halda.. menim heya felsefem zaman ve teqvimlerdir....
Ən bəyəndim fraza..Ğözləmə,Bağışla,Əlvida..!
Çox acı və real kəlmələr!
Post a Comment