Nəyin düz nəyin səhv olduğunu unudalı çox olmuşdu. Bildiyi, əmin olduğu bir şey var idi ki, həyatında baş verən hadisələr səhvən baş verirdi. O, bu səhvin nə olduğunu anlamasa da... günbəgün əhvalı daha pis, halı isə dəyişkən olurdu. Sanki baş verənlər əlində deyildi. Elə bil ki, onu kimsə kənardan pultla idarə edirdi və o, bu idarənin ağuşundan qurtula bilmirdi. Həm də ona elə gəlirdi ki, düzgünü elə budur. Bir əhvalının öhdəsindən gələ bilmirsə, bütün münasibətləri və həyatını necə idarə edəcək. Ən yaxşısı elə kimsə idarə eləsin. Səhər dərsə gedəndə içindəki səsləri eşitməmək üçün qulaqlıqları taxardı. Vakuum qulaqlıqlıqların onu tək kənardakı səslərdən deyil həm də, içindəki səslərdən də uzaqlaşdıracağını düşünürdü. Amma musiqi zövqü onu özü ilə daha çox danışmağa məcbur edərdi. Bir də özünə gələrdi ki, məktəbdədir. Bütün dərslərdə əlləri parta üstündə, fikirləri isə bulud üstündə olardı. Kəlbətinlə söz alardılar ondan. Ən əsası isə o idi ki, bütün bu hallara baxmayaraq o müəllimlərin və sinif yoldaşlarının bütün söhbətlərini eşidir və yadda saxlayırdı. Bir də ki, dərslərə həmişə hazır idi. Ondan şikayəti olan müəllim yox idi. Sadəcə olaraq həyatının duzu yox idi. Ən dadlı yeməklərdə olduğu kimi...
Dərsləri oxumağının səbəbi beynini yormaq istəyi idi. İstəyirdi ki beyni mümkün qədər çox yorulsun və gecə yatağına leş düşüb yatsın ki, başqa heç nə haqda fikirləşməyə gücü qalmasın. O, əvəllər gecələrin vurğunu olduğu halda indi onları ən böyük düşməni sayırdı. Vaxt donurdu gecələr. Saniyəyə üç-dörd fikir gəlirdi ağlına. Bütün olanaları analiz etməyə daha çox vaxtı qalırdı. Telefon... telefon isə ən qəddar insanın düzəltdiyi zəhər saçan silaha dönürdü belə gecələrdə. Başqaları kimi yaşamadığını başa düşürdü. Displeydə işığın yanmasını, telefonun vibro motorunun işə düşüb çarpayısının qarşısındakı tabureti əsdirərək səsi balışına kimi ötürməsini istəyirdi. Hətta bu səsin qulağının pərdələrini darmadağın eləməsinə də razı idi. Təki mesaj gələydi...axı niyə mesaj gəlmirdi!?
Bu fikirlərdən uzaq olmaq üçün gündüzlər yatmağı da özünə qadağan eləmişdi. Özünə qarşı soyuqluğu kəşf edirdi gecələr... xəyanətlərin səbəbin tapırdı. Əslində bu sözün xəyanət yox, dəyişmək, əvəz eləmək sözü olduğunu özünə dəfələrlə təsdiqləyirdi. Axı ondan çoxdandı “gecənin bu vaxtı haradasan?”, “niyə gedib yatmırsan?”, “niyə dərslərini oxumursan?” sözlərini soruşan olmamışdı. Sanki elə bu səbəbdən günü-gündən bozarmağa başlayırdı. ƏVƏZ MAŞINIna dönürdü getdikcə. Bir şeyi bilirdi ki, iki nəfərin münasibətində biri o birinə münasibətlərdə yarımçıqdırsa ona bunun əksini rahatlıqla sübut edə bilər və qarşıdakı da susub əmin olduğu şeyin əksinin ona sübut olunmasına ürəyində gülər.
...
- Zibilə qalmış avtobus!
...
- Zəhləm gedir sizdən!
O bu sözləri avtobus qarajının ortasında, qaranlıqda avtobuslara deyirdi. Bu gün axşam axırıncı hazırlığını bitirib dərsdən çıxıb, evə getmək üçün avtobusa oturmuşdu. Bir də oyanmışdı ki, daha doğrusu oyatmışdılar ki, “ay bala, qarajdayıq düş get evinə.”
Qarajdan iki dayanacaqlıq məsafədə yaşayırdı, bu da təxminən 4 kilometr demək idi. Indi bu boyda yolu tək getməli idi. Amma onun hirslənib avtobuslara qışqırmasının səbəbi bu 4 kilometr yox, onun avtobusda yarım saat yatması idi. Gecə yarım saat da yatsa və qalxsaydı sonra gözünə yuxu getməzdi. Qəribədi, amma bu belədi. O nə eləyə bilərdi!? Bu cür idi onun həyatı, qəribəliklərlə dolu.
Söyməyin bir faydasının olmayacağını anlayaraq yola qoyuldu. Elə birinci addımı atan kimi ağlına bu fikir gəldi ki, “adamın bir axtaranı, “can” yazanı olar da... adam da bu yolu mesajlaşa-mesajlaşa qısaldar da...”. Elə bunu fikirləşirdi ki, mesaj gəldi. Bəli, ona mesaj gəlmişdi. O bu dəqiqə dünyanın ən xoşbəxt adamı idi. Afrikanın sonsuz səhralarında su tapmış insanlardan daha xoşbəxt idi. Ona gələn hər mesajın onu bu dərəcədə xoşbəxt edəcəyi qədər bərbad həyat yaşadığını düşünməmək üçün əlini cibinə saldı. Mesaj Aidədən idi... Aidədən!? Aidə ona axırıncı mesajı iki il əvvəl yazmışdı. Onlar ayrılanda – doqquzuncu sinifdə.
- “Javad, man basha dushuram ki,bu da sahv harakatlarimdan biri ola bilar. Ama man sanin hayatindan chixmagla en boyuk sahvimi elamisham. Na deyajaksansa de, ama mani bagishla! Esas mani bagishla. Geri donmayima ijaza vermasan da. ”
...
- “Shafa, biz ayrilmaliyig. ”
- “Ayrilmaliyigsa ayrilag da...”
- “Duz deyirsan onsuz da biz demak olar ki, bir yerda deyildik. Elvida!”
...
- “Aida, hech na dema! San onsuz da hech bir yana getmamishdin. Man sani avvalki qadar seviram!”
...
- Mənsur, dünən gecə həyatımda çeviriliş olub... – neçə illik dostu Mənsur Cavadın sözünü yarımçıq kəsdi.
- EEE Cavad, yenə gecə yatmamısan?!
- Mənsur, Aidə yazmışdı. Barışdıq. İki il keçibe söhbətin üstündən. – danışanda həyacandan ağzının köpükləndiyini və nəfəsinin çatmadığını hiss edirdi. – qayıtdı. Başa düşürsən bu nə deməkdi?
- Cavad, bəs Şəfa? Axı mən bilirəm ki, sən onunla oynamırdın. Bəs... – bu dəfə Cavad Mənsurun sözünü ağzında qoydu
- Amma o, məni sevmirdi!
Elə bil həyatının pultunun sahibi olan adam, bu pultu əlindən salıb sındırmışdı. İndi onu idarə edən yox idi. Daha gecələr də əvvəlki kimi uzun və yorucu keçmirdi.
Ona mesaj gəldi:
- “Javad, man getdim yatmaga. San da gej qalma. Tez get eva yat. Seviram sani! =)”
- “Man da sani seviram jan. Gejan xeyra qalsin. Rahat yat! Artig evdayam ;)”
Ayxana təşəkkürlər.


7 comments:
Dostum Eladi...
Elə birinci addımı atan kimi ağlına bu fikir gəldi ki, “adamın bir axtaranı, “can” yazanı olar da... adam da bu yolu mesajlaşa-mesajlaşa qısaldar da...”.
...cox yerine dushen bir sozler oldu)
chox maraqlidi, sssssssssssssuuuuuuuuupppeeeeeeeeeeerrrrrrrrrrrrr
METE COX XOSUMA GELDI.ELAYDI.HEKAYENIN EVVELLLERIN LAP MENNEN YAZMISAN.
"günbəgün əhvalı daha pis, halı isə dəyişkən olurdu. Sanki baş verənlər əlində deyildi".
ele indice fikirlewirdim ki, heyatim nece monoton, menasizdir...
sanki kimse meni idare edir ve o kimsenin isteklerine uygun yawayiram..
bu hekaye de lap yerine duwdu..
cox maraqli idi, cox sagol, METE..
maraqli idi.. dogurdan da nlar olamasa heyat maraqsiz ve monoton olar belke de..
QaradaQan:mete?nie heyatin xowbextliyini rengini sevgide gorursenhemcinin cavad axi o aidesizde xobext ola bilerdi...mencun sevgi xowbexlik deyl o yolu kimlese mesajlawaraq qisaltmaqansa ele nauwniki qulagima taxib hostun treklerine qulaq asib xowbext olaramda tenhalgim men ve host.............
Post a Comment