ONLAR BUNU BİLMİR!!!

Tuesday, March 16, 2010


…və onlar bunu bilmədiklərini bilmirlər

Bilmirlər ki, onlar bizə yalnız onlarsız yaşaya bilmədiyimiz üçün lazımdırlar…

Bilmirlər ki, biz sevgisiz yaşaya bilmirik… bilmirlər ki, bəzən sevgi bizi yaşadır və bilmirlər ki, bəzən bir neçə dəfə eyni adama vurula bilirik… bilmirlər ki, biz unutqanıq… bilmirlər ki, onları etdiyi “dünya boyda” səhvlərə görə bağışlamırıq… çünki buna ehtiyac da qalmır. axı onların bizə olan aqressiya və kinini biza onlara saxlamırıq… və onlar bunu bilmirlər… bilmirlər ki, bizim haqqımızda danışılan kimi “qalın gönlü” deyilik… bəlkə də bilirlər ki, onlar kimi duş gelindən istifadə edib incə dəri gəzdirmirik… amma bilmirlər ki, ən sehirli gel belə onların dərisini bizim hisslərimiz qədər incə və qəlbimiz qədər kövrək edə bilməyəcək… axı onlar heç vaxt yatanda, özünə günlük hesabat verəndə “mən bu gün…”ün əvəzinə “biz bu gün…” fikirləşə bilmirlər… bilmirlər ki, biz niyə futbolu sevirik, biz niyə oyunları sevirik, kinoları sevirik, musiqini sevirik… heç vaxt da bilməyəcəklər… axı necə bilsinlər… axı onlar qadınlardırlar… axı onların bizim kimi dəli kimi sevməyə heç kimi yoxdur… çünki onlar ancaq ağılla sevə bilirlər… uşaqlıqda xarab etdiyim atamın sevimli kalkulyatoru rəqəmləri sevən kimi… kalkulyator irrasional ədədləri də 8-lik displeyə sığışdırırdı mən də buna gülürdüm… Dostum, axı biz bunları bilirik… AXI BİZ BİLİRİK Kİ, SEVGİNİN FORMULU YOXDUR!!!

Onlarsa bunu bilmirlər…

Onlar bizi bilmirlər…

9 comments:

freelife said...

vpervie u teba na bloge:) zdes mne ooocen ponravilos. a chto kasaetsa togo chto ya prochla, znaesh , kak vsegda, oshushenie budto ya vse eto napisala.
udachi. :)

TANAT said...

METE SENIN BURDA YAZDIQLARIN IDEALDI.COX TEESSUF AMMA BUNLAR HEMISE SEN YAZDIGIN KIMI OLMUR.SIZ DUNYA BOYDA SEHVLERI BIZE ONA GORE BAGISLAYIRSIZ KI, BIZI ITIRMEKDEN QORXURSUZ.AMMA BIZ DE SIZI ITIRMEKDEN COX QORXURUQ.BIZ DE BILARIK KI ,SEVGININ FORMULU YOXDUR.COX SAQ OL COOOOOOOOOOOOOOOX GOZEL YAZMISAN.SUPER.

Anonymous said...

<3

Farhad said...

kimsə oxuyur sadəcə sözlər görür. kimsə oxuyur başa düşür amma heç nə hiss etmir. kimsə də oxuyur elə bilir ki, bunları özü yazıb. hiss etdiklərinin başqası tərəfindən sətirlərə tökülməyi çox yaxşı hissdi. tez-tez yaz)

Yudjin said...

Bilmirlerki biz bilmediklerini bilirik,bilmirlerki gozlerinde cenneti goruruk,bilmirler ki kicik dunyamiza boyuk gunewi onlarla getiririk,bilmirler ki biz de sevirik ...bilmirler ki biz de sevirik.! Mete yazdiqlarini cox beyendim,Ugurlar..!

Параноик said...

Metecim! Onlarin neyi bilmediklerini siralamisan incelikle...Bes bildiklerini nece??? Bilmemek eyib deyil axi ; )

Anonymous said...

sen deme oglanlar da ince hissleri kecire bilir.
sagol ProMETE bundan sinra mende bilerem)))

JD_Dens said...

yoo...men razi deyilem,onlar bunu bilmirler sozunu butun qizlara aid elemek olmaz!!!ve butun oglanlara da demek olmaz ki,onlarin hissleri var,ya da ki onlar da sevirler!!!

QaradaQan said...

QaradaQan:hmmm cunki bizim bildiyimiz oduki oglanlar yalanci ve xeyanetkardirlar;)