Bir gün bir filmə baxandan sonra çələng düzəltmək qərarına gəldim. İlk olaraq hansı güldən düzəldəcəyimə qərar verməli idim. Ona görə də gəzib gül axtarmağa başladım. Ilk rast gəldiyim gül İNSAN oldu. Amma biraz kobud gül kimi gəldi mənə. Aramağa - daha nəcib növünü axtarmağa başladım. Soruşdum dedilər ki, ən incə növü QADIN adlanır. Bir müddət müşahidə eləməyə başladım. Gördüm ki, doğrudan da çox nəcib bir gül növüdür. Özüm də birini əkmək qərarına gəldim. Toxumunu götürüb baxdım çox incə çiçəyi olacağına söz verirdi sanki. Ətri də elə indidən adamı valeh edirdi. Ona görə də onu ən münbit torpağa əkmək qərarına gəldim. Axtarıb ən münbit torpağı ürəyimdə tapdım. Onu ora basdırdım. Ümidlərim öldüyü yerə... cücərməyə başladı. Hər baxışımda necə gözəl olduğunu dedim ona – etiraz etdi ondan daha gözəlləri olduğunu dedi. Güldüm... Başa düşmədiyimdən gülürdum. Ətri yaşamağa güc verirdi. Bir gün iyləməyi qadağan etdi. Yenə güldum... xoş sözlərimə xoş gülüşlə cavab verirdi. Hər güləndə rəngi al olurdu. Tayı bərabəri olmurdu güləndə. Gündən günə daha çox sevirdim al rəngli qızıl gülümü. O mənim içimi Günəş Yeri işıqlandırdığından daha parlaq işıqla işıqlandırırdı. Və bir gün səhər ürəyimdə çox pis ağrı ilə oyandım. Ürəyimin torpağına əkdiyim qızıl gül tikan çıxarmışdı. Və bu tikanı düz mənim ürəyimə batırırdı. Yazıq-yazıq niyə belə elədiyini soruşdum? Mənə “belə lazımdır” dedi. Ürəyim qan axıtmağa başladı. Tikanların sayı isə günü gündən artırdı. Bir iki tikanı qırmağa cəhd elədim. Amma faydasız oldu. Belə ki, hər qırdığım tikanın yerinə ikisi çıxdı. Və daha dərin batmağa başladı. Odur ki, daha tikanı qırmamağ və gülə toxunmamaq qərarına gəldim. Və buna görə də çələng hörmək qərarından da vaz keçdim. Sadəcə gözləyirəm ki, qızıl gülüm ya tikanlarını özü yığışdırsın ya da batırdığı tikanlar ürəyimin divarlarını cıra-cıra axırıncı damla qanına kimi axıtsın və mən ürəksiz qalım. Onda da beynimin torpağına əkdiyim NOT toxumlarından MUSİQİ gülləri becərib, HƏRİF toxumlarından cücərən SÖZ çiçəkləri ilə calağ etməkdən başqa çarəm qalmayacaq. Amma bir neçə ildən sonra Qızılgülü kökündən qoparıb atmaqdansa, Ürəksiz olmağı seçirəm... Amma qızıl güllər də bir gün solur! Axı onlar sevgiylə daha da gözəl olur!
Pərviz Məmmədrzayevə məni bu yazıya ilhamlandırdığına görə təşəkkürümü bildirirəm!
Günəşə sevgiylə!


5 comments:
COX XO6UMA GELDI))))
TEHSIREDICIDIR.
SOZ TAPA BILMIREM BIR SEY YAZMAGA.CUNKI SEN HER SEYI YAZMISAN.BU NEDI BIZE DE BIR SEY SAXLA DA YAZMAGA.
sualima cavab vermedin :-D
ilhami neden alirsan??
wwwoooooooooouuuu...Superrr,beyedimmete!!!
suuuuuuuuuuuuuuuuuuuuperdi elaaaaaa
Post a Comment