Salam Balaca. Sən bu məktubu oxuyanda mən yəqin ki çox uzaqda olacam. Bəlkə də məni getdiyimə görə günahlandıracaqsan. Amma mən sənin fikirlərindəki qədər günahkar deyiləm və bunu sənə sübüt eləməkçün bir cümlə də yazmayacam. Çünki özüm bundan əminəm və bu mənim üçün yetərlidir. 25 yaşıma kimi kimlərisə xoşbəxt etmək üçün yaşayırdım. Uşaqlıqdan atam mənə sən oxuyub instituta girməlisən deyirdi həmişə. Mən də əla qiymətlərlə oxuyub instituta girmişdim. sonra universitetdə oxuya-oxuya işə düzəldim. Hər şey çox yaxşı gedirdi. elə axıra kimi də belə oldu. mən heç vaxt şikayət eləməyi sevməmişəm. Anan - Mənim Şahzadəm, də mənim sevgimə hər zaman sonsuz qarşılıq verib. Onun mənə verdiyi gücü bu həyatda heç kim, heç kimə verməyib bəlkə də... Dostlarım hamısı səni çox istəyir. Çalış heç vaxt heç kimə ehtiyacın olmasın! Ehtiyacı olanlara da kömək etməyi mümkün qədər özünə vəzifə bil. Çünki kömək münbit torpağa atılmış buğda kimidi. Sənə bircə dənə tapşırığım var. Anandan muğayat ol... Eh oğul bala, kaş ki sənə səninçün darıxacağımı yaza biləydim. Amma heyif ki bu mümkün olan iş deyil. Mən hər ay bu məktubu təzələyirdim. Əgər bu ay ölməsəydim gələn ay təzədən yazacaqdım... Özündən muğayat ol! Şikayət etmə və həyatında baş verənlərə görə heç kəsi gunahlandırma! Sağol Balaca! Əlvida!
Subscribe to:
Post Comments (Atom)


4 comments:
Aydaa superdi Mete.çox təsirli idi..çox xoşuma gəldi
Bir sozle.SUPER SUPER SUPER
cox amma cox superdi. tebrikler. o balacanin he4 olmasada sennen yadiqar mektubu var. mende he4 o da yoxdu.
Mete bu yazin haqqinda fikirleshirdim ele butun gunu,girdim sayta tapdim :) bir fikrimi deyim sene-ama bebeshin indiki zamanda movcud olma ehtimali yoxdusa bu mektublarin da hele menasi yoxdu axi )
InshAllah bu oyud nesihetleri oqluna canli demek qismet olar sene
hormetle
Nika Najaf
Post a Comment