AlterEgo H.O.S.T

Monday, February 22, 2010


Bildiyiniz kimi, biz H.O.S.T olaraq zaman keçdikcə, imkan daxilində daha keyfiyyətli məhsullara imza atırıq. Bu, həyat tərzimizin göstəricisi olan H.O.S.T geyimlərində də, buraxılan kitablarda da, ən əsası isə musiqilərimizdə özünü büruzə verir. Xatırlayırsınızsa, biz görüşlərdə sizə 2009, 2010 və 2011-ci illərin Solo Albom illəri olacağı barəsində danışmışdıq. Və 2009-cu ildə Qaraqanın "Qısa Qapanma" adlı solo albomunun buraxılışından sonra dərhal AiDin Solo Albomunun üzərində işlər başlandı. Hal-hazırda albomun 80%-i söz və musiqi cəhətdən hazırdır. Studiya yazılışlarına gəldikdə isə onlar qarşıdakı "Rekviem" adlı solo konsertimizin işləri ilə əlaqəli dayandırılmışdır və konsertdən bir həftə sonra tam sürətlə yenə də işə başlanacaq. AiDin solo albomunda Ayka, Güla, Qaraqan, həmçinin mənim də səsimi eşidə biləcəksiniz. Albomun əksər beatləri xarici(alman, isveçrəli, amerikan) bəstəçilərdən, bir neçəsi isə Vüsal BeatPro, Bandit Beats və məndən olacaq.
Mənim solo albomuma gəldikdə isə, bildiyiniz kimi bu, rock albom olacaq. Albomun hazırlıqlarına hələ 1il bundan əvvəl başlamışdım. Belə ki, albomun rock parçalarını yazmaq üçün instrumental qrup toplamağa başladım. Uzun axtarışlardan sonra 2009-cu il sentyabrın 27-si qrup bütün heyyətlə toplandı və ilk məşq keçirildi. Bir neçə ay çəkən məşqlərdən sonra qrupun adını da AlterEgo H.O.S.T qoyduq. Qrupun heyyətini sizə bildirirəm:

Bass Gitar -
Firuz Salamzadə
Drums - DrumX(Dramiks)
Piano - Turan Ramazanlı
Ritm Gitar - Mika
Elektro Gitar - UnChained(Ançeynd)
Vokal - PRoMete

Sentyabrdan bəri gedən məşqlərdən sonra məşqləri bitmiş 5 mahnının yazılış mərhələsinə başladıq. Yazılışlar Promix studiyasında aparılır. Sözü gedən parçaları 2011-də çıxacaq albomda dinləyə biləcəksiniz. Amma bununla bərabər bir neçə sinql işləyirik ki, onları da bu yaxınlarda qrupun loqosu və fotosessiyası ilə birlikdə sizə təqdim edəcəyik. Sinqllar aşağıda adları çəkilən tracklar olacaq:

1. Mahnılar bilir kimə yazılır
2. İnanma!
(yeni versiyada)
3. Labirint (yeni versiyada)
4. Sərhədlər var!
(yeni versiyada)
5. Zülmət Ordusu
6. Qurtul
(yeni versiyada)
7. Qara-Qura
(məşq sessiyası)
8. H.O.S.Tu Qovun! (yeni versiyada)
9. Californication
(cover)


Və son olaraq onu da qeyd etmək istəyirəm ki,
AlterEgo H.O.S.T bütünlüklə H.O.S.T prodakşnın məhsuludur!

2 comments:

TANAT said...

Tebrikler promete.Gozduyuruy teze albomlari.

Anonymous said...

vseeeee superrrr kak vsegdaa METe ..))