
Mənim bildiyim qədərilə insan həyatı bir neçə mərhələyə bölünür:
1. valideynlərin himayəsində keçən uşaqlıq illəri
2. müəllimlərin himayəsində keçən məktəb illəri
3. öz himayəmizdə keçən universitet illəri və ya universitetə qəbul ola bilməyən oğlanların əskərlik illəri, qızların isə ərə getmək ərəfəsi :)
4. evlilik – ailə qurmaq illəri
5. uşaqların dunyaya gəlməsi, valideynlik qayğıları və sair və ilaxır...
necə asandır deyilmi? oturdum, yazmağa başladım və sadalaya sadalaya gedirəm. Yaxşı bəs sadaladığım bu mərhələlərdə bizə lazım olan nələr var birdə onlara baxaq
1-də qayğı
2-də qayğı
3-də savad bazası, vaxt, pul
4-də pul
5-də pul...
Sözsüz ki, bu sıralama da daha çox dünyəvi ehtiyaclar olduğuna görə səbr, dini biliklər mənəvi ehtiyaclardan bura heç nəyi daxil etməmişəm. Kimsə fikirləşə bilər ki, dediklərimi bura qatmamağla siyahının dəqiqliyinə xələl gətirmişəm. Amma əmin olun ki bu belə deyil. Biz dünya həyatına o qədər bağlanmışıq ki, əvvələr düzlüyündən əmin olduğumuz şeylərə indi şübhə ilə yanaşırıq. Mən bundan əminəm ki birazdan sevmək də sevilməkdə vərdiş halına keçəcək. Şablonlar, Çərçivələr bizi boğmağa davam edir. Bizim sayımız günü gündən azalır.
İndi bizə xoşbəxt olmaq üçün çoxlu pul lazımdı. Hamının geyindiyi kimi geyinmiyib hamının yaşadığı kimi yaşamıyıb özümüz kimi ola bilmək üçün bəs edəcək qədər pul. Hamımıza bu lazımdı. Bəs hamımızda bu olandan sonra nə lazım olacaq görəsən? Axı onda da hamımız hamı kimi xoşbəxt olacayıq. bundan sıxılmayacayıqmı?
Sizi bilmirəm mənə arxasında gizləndiyim qələm, vərəq, notlar, isti paltar, yerləşə biləcəyim ev, dostlarımın “necəsən”i, bir də sevgilimin “sevirəm”i xoşbəxtlik üçün bəs edən amillərdir. Bəlkə də hansısa xırda şeyləri yaddan çıxarmışam. Amma doğrudan da mənə xoşbəxt olmaq üçün elə də çox şey lazım deyil.
Bəs siz nə axtarırsız?
Yazın! Bəlkə birlikdə daha tez tapdıq xoşbəxtliyi!?
Xoşbəxtlik formulu
Thursday, January 7, 2010
Posted by PRoMete at 4:04 PM
Subscribe to:
Post Comments (Atom)

17 comments:
Mete, məncə artıq sevmək sevilmək vərdiş halındadır.
Belə deyimdə, pis-yaxşı, ağ-qara, xöşbəxt-bədbəxt...
Demək istəyirəm ki, hamı xöşbəxt və ya hamə varlı, kasıb dünyada heç olmasa, məncə həyat daha da maraqsızlaşar elə deyilmi.
Yəni elə bil belə də olmalıdır, sistemləşdirilmişik.
Nəsə dərinə getdikcə azıram.
Xoş anlar isə məndə doğurdanda ən çox dostların yanında olur.
Dostlarımsa sizlərsiz.
Yəqin azda olsa başa sala bildim fikrimi.
( Şerhle çatdıra bilmirəm)
p.s pulu nə qədər söysəmdə onsuz olmur.
ladesdə nə qədə peraşki yemək olar))
hal-hazrda ele bir veziyyetdi ki, hissler de maddileshib. xoshbextliy de hiss di. O da bu siraya daxildi. ya biz elimizde olan xoshbextliyimizide itirerek sonacan bu menasiz savashi aparmaliyiq(sonda uduzacaqmizi bile-bile). Ya da ele bu axina dushmeliyiy. Choxlu pul qazanmaq. qazanmaq. qazanmaq.
xosbextliy mekana gore deishir. zamana gore de. biz 10-15 yashlarda xoshbext oldugumuz sheylere, artq 16 dan bashliyaraq gulmeli baxiriq. xoshbextliy deishken di. biz neyese gulende de dunen gece heatimizda olan boshluqa gore uzulduymuze ve belke de dizlermizi qucaqliyib algladiqmiza gulduymuzun ferginde olmuruq. Bu menfi musbet kimi bir sheydi. agi sevirik му xoshbextikse, ag olmuyanda bedbextik demeli? yox mence.
Bu axina dushende, biz artq bashqa sheylere sevinceyiy. hech kim bedbext deil.
Qaldi menim oz xoshbextliyime, tam semimi deyirem, chox kichik sheylerтут xoshbext oluram. kiminse gulushune, ya da yanimda olmasina, му ут esasi menim xoshbextiliym O'du. O da yoxdu (ama bir muddetliy).
Deyə bilərdim ki, xoşbəxtlik xoşbəxtliyi axtarmaqdadı. Ya sürünmək fazasından yaşam asına keçiddir. Ya da xoşbəxtlik anlardadır... bla-bla-bla.. Amma bunların heçbirinə inanmıram.
Onu axtarıram......
Xoşbəxtlik üçün bir milyon dollar lazımdııı:))))
xosbextlik? ardi ...
Xoşbəxtlik Deltadır! : P
Delta, yəni fərqi.
İki hal arasında fərq.
Vəssalam.
pul,mashin,ve gizli bir otagli ev...amma hech kim bilmesin o ev haqqinda...qeribedi.Ozumu heyalimda tesevvur edende mutleq 1 mashin ve gizli evi de tesevvur edirem
nəyi axtarıram?mən axtarıram Allahı ama mənə 17 ildi deyillər o sənin yanındadır,deyirəm şeytanı axtarıram onu deyillər mənim içimdədir...Məncə bu həyatda hər kəs bunlardan başqa şey axtarıbsa onları tapıb.çirkin öz gözəlliyini başqa çirkinlər arasında tapıb,ya kasıb varlılığını başqa kasıblar arasında tapıb,deyim xoşbəxtliyi axtaranar onuda tapıb çünki bu həyatda elə an olmuyub ki hər hansı pessimist insanda 1 saniyəlik olsada deməsinki "mən xobəxtəm", ya sevgi axtaranlar məncə hələ elə insan olmuyubki kimisə sevməsin ya xoşbəxtlikdən bezib bədbəxtlik axtaranlar məncə elə insanda olmuyubki həyatında bir bədbəxtlik baş verməsin məncə kim nə istyibsə onu tapıb sadəcə əlində saxlaya bilmiyib!
Mence esl xowbext insan kicik weylere boyuk deyer veren insanlardi,Fikirlerinle tam raziyam xowbext insan...
insanı başa düşən birisinin daim yanında olması və onun fikirlərini olduğu kimi qəbul etməsi elə xoşbəxt olmağa bəs edər... fikrimcə
mence xoshbextliy yoxdu .......sadece insanlarin sonuncu umidi xoshbext olmagdi ama bu sozden bashqa hec bir shey deyil.....xoshbextliy yalandi....illerdir butun shairler bu soze bir qafie tapa bilmirler.....hec bizde onu hecvaxt tapa bilmeyeciy...
Mence xosbextlik ozumuzdedi,icimizdedi,qelbimizdedi...
"xosbextliyi axtariram" kelmesi bosdur. onu axtarmaq lazim deyil. oz elimizdekilernen xobext olmaq lazimdi. icimizde neyese gore bir sevimc tapmaq lazimdi.yasamaga bir neden tapmaq lazimdi....
herdefe yoldan keçende dilenen insanlara baxanda,ayagı olmayan ,gözü olmayan,merhemti olmayan olmayan,ve s...insanlara baxanda başa düşüremki men bu halım xöşbextem..stekana dolu terefinden baxmaqda var boş terefinden baxmaqda var..bu arada tezece tapdım senin blogunu ve çoooox sevindim.devam et qaqam..belke heç oxumazsan bunu amma men hemişe senin yazdıqlarını oxuyacam,,oxuduqlarınıda dinleyecem
Xoşbəxtlik:
..Sağlamlıq
..Ailəm
..Sevgilim
bu qədər sadə..
HAMIMIZDA PUL OLANDAN SONRA DA INSANLAR LAZIMLI BIR SEY TAPARLAR EHTIYAC DUYMAGA.AXI BIZ ÖYRƏŞMİŞİY NƏDƏNSƏ ASİLİ OLMAĞA.ONA GÖRƏ DƏ BİZ XOŞBƏXTLİYİN ƏSL FORMULUNU HEÇ VAXT TAPA BİLMƏYƏCƏYİY.
QaradaQan:XOWBEXTLIK......menim xowbextliyim azadligimdadi oda yoxdu:(
Post a Comment