Bir də səhifələ! Bəlkə yanılırsan?!

Tuesday, December 1, 2009

Səhər duranda birinci işin telefona baxmaqdır? Bu hamının birinci işidir. Telefon hamı üçün var. Amma mənimçün telefon yoxdur! telefonun o biri tərəfində mesaj yazan barmaqlar var. yaratdığı səsə heyran olduğum dodaqlar var, içinə baxanda dizlərimi əsdirən gözlər var. Səndə də belədir?


Sənin də hamı kimi burnun var. Sən də hamı kimi onunla nəfəs alırsan! Amma mən o burunu onunçün yaşamaqda mənə kömək edən vasitə kimi istifadə edirəm! Çünki az-az görüşəndə onun ətrini içimə çəkməyə kömək edən tək vasitədir bu burun. Səndə də belədir?

Yoxsa sən də onu yer üzərinə enerji və işıq verən tək Günəşə bənzədirsən?

Yoxsa sən də onun üçün həyatının məcrasını həm də çılğın məcrasını 180 dərəcə dəyişməyə hazırsan ya da artıq dəyişmisən?!

Dost, bunların heç biri səndə yoxdur?!

Həyatını bir də səhifələ dost! Bəlkə yanılırsan?! Bəlkə Heç sevmirsən!?

Yox eləmişəm bunların hamısın! bütün dediklərini eləmişəm! Amma elə bilki nəisə...

SAXLAAAAAAAAAAAAAAAAAAAAAAAAAA!!!

Tüpürüm sənə də, sənin sevginə də. Nəisələrdən çürümüş sevginə.