
Bu gün bu filmə baxmağa getmişdim Azərbaycan Kinoteatrına. Əvvəlcə ondan başlayım ki, bir daha bizim insanların növbədə dayana bilmədiklərini özümə sübut elədim. Belə ki, film çox baxımlı olduğundan seanslara bilet almaq üçün növbə yaranmışdı. Əlbəttə ki özünü zərif cinsin nümayəndəsi hesab edib, söyüş və danlaq yiyəsi olmaqdan qorxmayan bəzi qızlar, AiD'in təbirincə desək "Ağzı Əyilmiş Oğlanların" düşkünlüyündən istifadə edərək növbədənkənar qabağ sıralara girirdilər. Nəisə bir təhər mən də bilet aldım. Axşam seansa getdim(Tək deyildim).
Düzünü desəm filmi bəyəndim. Amma məndə suallar yarandı. Biz niyə sadə münasibətləri göstərmək üçün insanları vampirə döndəririk. Sözsüz ki, mən Stephenie Meyerin yaradıcılığına qarşı heç bir şəxsi qərəzlik aparmıram. Mənim işim ümümən insanlarladı. Sevgi mənim yaralı yerim olduğuna görə işin böyüdüldüyünü görəndə bir təhər oluram. Yenə də yazarın oxucuya məsləhəti kimi bir məsləhtim var sənə Əziz oxucum. Bu həyatda nə vampir var, nə də qurd adam. Bu həyatda sevgi var. O sevgi ki, səni də, məni də ayaqda saxlayır. Odur ki, Əgər hələ yaşamaqdan bezməmisənsə onda SEV!

6 comments:
Sevginin böyüklüyünü sübut etmək üçün onlar insanları təhlükəli vampirlərə aşiq edirlər, amma məncə indiki insanlar qaniçənlərdən qəddardılar, indi insanları sevmək təhlükəlidir nəinki vampirləri.. =))
Mete, sən dahisən.. =))
Sen her defe bu mozuda yazanda O na dahada baglaniram. Heveslendirirsen chox saol. Bu blog artq stolustu kitabim kimi oldu))
Xetai.
Bununla tamamilə razıyam. Sevgini bu qədər mürəkkəblişdirmək lazım deyil. Balaca və isti sözlər bəs edir. Sevgi insanı yaşadır =)
Məncə bu filmdə sevginin taleyi həll olunmur...=)
vampir/donor munasibetlerini kishi/qadin cutlerine paralel izah eden psixoloji nezeriyyeler movcuddur. tanri bizi qorusun ve primitivlikden uzag etsin.
hmm salam mete bisen necedi insanlar arasi sevgi o qeder ucuzlawibki artiq sevgi insana maraqli gelmir ama maraqli vampirle insan in sevgisidi artiq birazdan o da gozden duwecek cunki sevgi her yerde ozunu gosterir evvel kinolarda sevgiye inanirdim ind artiq hec ona da inanmiram cunki sevgi yozdur.............
Post a Comment