Xoşbəxtlik və işgüzarlıq.

Əvvəlcə yaxşı yaşamaq üçün iş axtarırdıq... İş tapılandan sonra, xoşbəxtlik üçün işin lazımlı olduğunu anladıq. daha çox işləməyə başladıq ki, daha çox xoşbəxt olaq. sonra özümüzü də unutduq xoşbəxtliyi də. daha çox işlədik... sonra başa düşdük ki, işləyərək xoşbəxtliyi yaşamaq istədiyimiz adamlara vaxt ayırmadığımızdan onları itirmişik. onlar artıq bizim yanımızdan gediblər. özümüzü unutmaq üçün ən yaxşı yolun işləmək olduğunu düşünərək daha çox işlədik... sonda hiss etdik ki, işləmədən qala bilmirik. lap sonra isə bizim işimizlə xoşbəxt olduğumuz ortaya çıxdı. biz artıq bir iş makinasına çevrilmişdik. və bu bizi xoşbəxt edirdi...
Posted by PRoMete at 11:31 AM 5 comments
PRoMete - İntro (İnstrumental)
Mən bir şeyi anladım bu illər ərzində,
Çətin heçnə yox həyatda.
İstədiyim hər şeyi dişimlə-dırnağımla
Qopardım mən həyatdan.
Aça bildiyincə aç ürəyini
Və hisslərini tam rahatla.
Dünənlərdən daha yaxşı olmağa
Söz verir bizə sabahlar.
Posted by PRoMete at 12:53 PM 0 comments
PRoMete - İntro (İnstrumental)
Mən bir şeyi anladım bu illər ərzində,
Çətin heçnə yox həyatda.
İstədiyim hər şeyi dişimlə-dırnağımla
Qopardım mən həyatdan.
Aça bildiyincə aç ürəyini
Və hisslərini tam rahatla.
Dünənlərdən daha yaxşı olmağa
Söz verir bizə sabahlar.
Posted by PRoMete at 12:53 PM 0 comments
Qısa Qapanma!

Əla konsert, Sözlə izah edilə bilməyən təəssuratlara görə Qaraqana və bütün dinləyicilərimizə minnətdarlıq!
Posted by PRoMete at 4:55 PM 5 comments
Azərbaycan Radiosunda(Biz Gələcəyik Verilişində)
Posted by PRoMete at 3:46 PM 5 comments
QARAQAN SOLO KONSERT. 27 NOYABR.
27 noyabr, saat 16:00-da Qaraqan “QISA QAPANMA” albomunun təqdimatı ilə “ELİTE” T/M, SOUND FACTORY-də solo lahiyəsiylə çıxış edəcək. Biletləri “Əli və Nino” mağazalarında əldə edə bilərsiniz. Solo Konsertə biletlər, yalnız “Əli və Nino” mağazalar şəbəkəsində satılır. Konsertin rəsmi informasiya dəstəyi: “Əli və Nino” Mağazası. Qiymət: 20 AZN, 25 AZN Əlaqə telefonu: 055 847 6713
Posted by PRoMete at 12:23 AM 1 comments
Ən Çətin Tənlik!

...axşam X Y-dan istədiyini ala bilmədi. ona görə səhər yuxudan acıqlı oyandı. səhər Y X-ə yaxınlaşdı, amma X Y-i çox pis cavabla geri qaytardı. beləliklə, Y X-dən istədiyini ala bilmədi...
Posted by PRoMete at 3:57 AM 6 comments
